Belarus Rusiya ilə birgə liqanın yaradılması imkanları müzakirə olunur. Matc.az xəbər verir ki, bu barədə Belarusun idman və turizm naziri Sergey Kovalçuk açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu mövzu gündəmdən çıxarılmayıb - ölkələrin futbol federasiyaları bu perspektivi müzakirə edirlər. Kovalçuk etiraf edib ki, xokkeydə istifadə olunan variant mümkündü - bir və ya bir neçə Belarus klubu Kontinental Xokkey Liqasında iştirak edir.

“Bu mövzu tədqiq edilib. Bu məsələ iki federasiyanın qarşılıqlı əlaqəsi sahəsindədi. Onun perspektivi olduqca mümkündü. Biz kifayət qədər futbol komandasını cəlb edə bilməyəcəyik ki, bu da Rusiyanın maraqlarına uyğun deyil. Amma “Şaxtyor” (Soliqorsk), “Neman”, BATE və ya “Dinamo” (Minsk) ola bilər”, - deyə nazir söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest