24 Oktyabr 2024, 16:48
FUTBOL
“Milan” və “İnter” rəhbərliyi “San Siro” ərazisində yeni stadion tikməyi planlaşdırır. Matc.az xəbər verir ki, bu məsələ şəhər meri, klub nümayəndələri, mədəniyyət və idman nazirləri arasında baş tutan görüşdə müzakirə olunub.
“Milan”ın prezidenti Paolo Skaroni məsələ ilə bağlı bunları deyib: “Milanın meri, mədəniyyət naziri və idman nazirinin iştirakı ilə iclas çox yaxşı keçdi. “San Siro” ərazisində yeni stadion tikə bilərik. Görüş də müsbət məcrada keçdi. Milan bələdiyyəsinin ətraf ərazini bizə hansı qiymətə sata biləcəyini öyrənməkdən başlayaraq atmalı olduğumuz bir neçə addım var”.
Qeyd edək ki, əzəli rəqiblər “Milan” və “İnter” uzun müddətdi eyni stadiondan istifadə edir.