24 Oktyabr 2024, 16:15
FUTBOL
“Real” aparıcı futbolçularından Rodriqonu itirib. Matc.az xəbər verir ki, “kral klubu” Braziliya millisinin üzvünün “Barselona”ya qarşı “El Klasiko”nu buraxacağını açıqlayıb.
Tibbi müayinədən keçən 23 yaşlı “sambaçı”nın təxminən 3 həftə komandadan ayrı qalacağı bildirilib. Ona omba nahiyəsindən zədə diaqnozu qoyulub. Rodriqo Çempionlar Liqasının III turunda Dortmund “Borussiya”sı ilə ev oyununda (5:2) zədələnib.
Qeyd edək ki, La Liqa çərçivəsində “Real” – “Barselona” oyunu sabah keçiriləcək.