İspaniyanın Madrid "Real"ının futbolçusu Vinisius Junior azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasının Liqa mərhələsində III turunun ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat paylaşıb.

Vinisius, səsvermədə Rafinya ("Barselona"), Takumi Minamino ("Monako") və Ticani Reyndersi ("Milan") qabaqlayıb .

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin III turunda "Borussiya" (Dortmund, Almaniya) ilə matçda het-trik edən braziliyalı vinger komandasının qələbəsində əsas pay sahibi olmuşdu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest