Bu gün Azərbaycan II Liqasında VIII tura yekun vurulub.

Matc.az xəbər verir ki, üçüncü oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Göygöl" evdə "Ağdaş"la üz-üzə gəlib. Oyunda hesab açılmayıb.

"Şahdağ Qusar" isə "Haypers Quba"nın qonağı olub. Görüş Qusar təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

II Liqa
VIII tur
24 oktyabr (cümə axşamı)

"Göygöl""Ağdaş" - 0:0
Göygöl OİK stadionu.

"Haypers Quba" – "Şahdağ Qusar" - 1:3
Qollar:
 N. Novruzov, 61 // T.Qurbatov, 15, F.Camalov, 19, 77
Qırmızı vərəqə: F. Əhmədov, 88 ("Şahdağ Qusar")
Quba OİK stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest