24 Oktyabr 2024, 20:38
FUTBOL
"Mançester Siti"nin hücumçusu Erlinq Haalandın İngiltərə klubundan ayrılmaq niyyətində deyil.
Matc.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Bildirilir ki, norveçli futbolçu və Mançester klubu 2027-ci ilin yayında başa çatacaq müqavilənin uzadılması ilə bağlı fəal danışıqlar aparır. Haaland artıq aydın şəkildə bildirib ki, onun yaxın gələcəyi "Mançester Siti" ilə bağlıdır.
24 yaşlı hücumçunun müqaviləsində adı açıqlanmayan ayrı-ayrı klublar üçün 70 milyon avro məbləğində təzminat məbləği ilə bağlı bəndin olduğu vurğulanır.
Qeyd edək ki, Haaland 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 200 milyon avrodur.