24 Oktyabr 2024, 22:50
FUTBOL
İtaliyalı mütəxəssis Roberto Mançini Səudiyyə Ərəbistanı millisi ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, Mançini qeyri-qənaətbəxş nəticələrə, eləcə də məşqçi ilə komanda arasında münasibətlərin pisləşməsinə görə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postundan kənarlaşdırılıb.
Qeyd edək ki, 59 yaşlı mütəxəssis 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edirdi. Son beş qarşılaşmada isə komanda bir qələbə qazanıb.
Mançini "İnter", "Mançester Siti", "Qalatasaray", "Zenit", "Latsio", "Fiorentina" kimi klublara rəhbərlik edib. O, İtaliya millisini də çalışdırıb.