Britaniyanın məşhur futbol xəbər saytı "Goal.com" 2013-cü ildə Aleks Ferqyusonun klubdan ayrılmasından sonra "Mançester Yunayted"in ən yaxşı məşqçilərinin reytinqini tərtib edib.

Matc.az xəbər verir ki, bu siyahıda birinci yeri 2018-2021-ci illərdə komandaya rəhbərlik etmiş Ole Qunnar Sulşer tutur.

Xatırladaq ki, Aleks Ferqyuson 1986-2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi vəzifəsində çalışıb.

Ferqyusondan sonra "Mançester Yunayted"də çalışmış ən yaxşı məşqçilər:

1. Ole Qunnar Sulşer (2018-2021);
2. Joze Mourinyo (2016-2018);
3. Erik ten Haq (2022 - cari);
4. Lui van Qal (2014-2016);
5. Ralf Ranqnik (2021-2022);
6. David Moyes (2013-2014).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest