Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Portuqaliya ilə üz-üzə gəlib.
“Liv Bona Dea Arena”da baş tutan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edib. Saat 16:00-da başlayan matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanıb.
Qarşılaşma millimizin 1:4 hesablı məğlubiyyəti ilə nəticələnib.
Avropa çempionatının pley-off mərhələsi
İlk oyun
25 oktyabr
Azərbaycan (Qadınlar) – Portuqaliya (Qadınlar) - 1:4
Hakimlər: Fabienne Michel (Almaniya), Melissa Joos (Almaniya), Amina Gutschi (Avstriya), Karoline Wacker (Almaniya)
“Liv Bona Dea Arena”