25 Oktyabr 2024, 13:53
FUTBOL
“Barselona”nın qapıçısı Voyçex Şesnı əsas qolkiper Mark-Andre ter Ştegenin zədələnməsinə baxmayaraq, hələ də ehtiyat qapıçı kimi qalmasına münasibət bildirib. Matc.az xəbər verir ki, Şesnı bu qərarı ədalətli sayır.
34 yaşlı polyak İnyaki Penanın uğurlu çıxış etdiyini söyləyib: “İnyaki Pena baş məşqçiyə onu ehtiyat oyunçular skamyasında oturtmaq üçün heç bir səbəb vermədi. Artıq məşqçiyə yüz faiz hazır olduğumu dedim. Amma komanda yaxşı işləyir. Əgər bir şey işləyirsə, onu pozmağa ehtiyac yoxdu. Məşqçi olsaydım, indi özümə şans verməzdim. Oynamaq imkanım olacaq”.
Qeyd edək ki, Voyçex Şesnı ötən yay karyerasını başa vursa da, oktyabrın əvvəlində “Barselona” ilə anlaşıb.