“Barselona”nın hücumçusu Lamin Yamal La Liqanın XI turunda “Real”la keçiriləcək oyun barədə danışıb. Matc.az xəbər verir ki, 17 yaşlı ön xətt oyunçusu komandasının gücündən bəhs edib.

Yamal bunu “El Klasiko”da da göstərəcəklərini vurğulayıb: “Biz dünyanın ən yaxşı komandası olduğumuza inanırıq və bunu sübut edirik. Əlimizdən gələni edəcəyik ki, ən yaxşı komanda qalib gəlsin”.

Qeyd edək ki, “Real” – “Barselona” oyunu oktyabrın 26-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest