25 Oktyabr 2024, 12:48
FUTBOL
Fransa Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro borcunu ödəməyə borclu olduğuna dair qərar çıxaracaq. Matc.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, qərar bu gün açıqlanacaq.
Daha əvvəl Fransa nəhəngi futbolçuya göstərilən məbləği ödəməyi öhdəsinə götürsə də, sonradan imtina edərək, bu qərardan apellyasiya şikayəti vermişdi. Mbappenin xeyrinə qərar verildikdən sonra PSJ Fransa Futbol Federasiyasının (FFF) tabeliyində olan Yuxarı Apellyasiya Komitəsinə şikayət etmək hüququ qazanacaq.
Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildi.-
Qeyd edək ki, Kilian Mbappe bu ilin yayında azad agent kimi “Real”a keçib.