“Barselona”nın sabiq müdafiəçisi Jordi Alba Kataloniya klubunun sabiq kapitanı Lionel Messi ilə müqayisə edilən 17 yaşlı Lamine Yamal haqqında fikirlərini bildirib. Matc.az xəbər verir ki, ulduz futbolçu keçmiş komanda yoldaşı barədə xoş sözlər işlədib.
Lakin Alba hazırda “İnter Mayami”də birgə çıxış etdiyi Messinin müqayisəolunmaz olduğunu sözlərinə əlavə edib: “Mən “Barsa”da olanda Yamal əsas komanda ilə məşq edirdi və “Betis”lə matçda debüt etdi. Onun xeyli irəlilədiyi aydındı. 17 yaşında gördüyü işlər dəlilikdi. Ancaq səbirli olmalı və onu heç kimlə müqayisə etməməlisən. Müqayisə etdiyiniz şəxs Leodu. Messi kimisi yoxdu”.
Qeyd edək ki, Lamin Yamal bu mövsüm bütün turnirlərdə 13 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə verib.