“Leypsiq”in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons Çempionlar Liqasının III turunda “Liverpul”la oyunda (0:1) zədələnib. Matc.az xəbər verir ki, 21 yaşlı hücumameyilli oyunçu topuq bağlarını zədələyib.

Tibbi müayinədən sonra onun bir neçə həftə meydana çıxa bilməyəcəyi müəyyənləşib. Simons əməliyyata ehtiyac duysa, böyük ehtimalla 2024-cü ilin sonuna kimi oynamayacaq.

Qeyd edək ki, Xavi Simons bu mövsüm bütün turnirlərdə 11 oyunda 3 qol vurub, 2 assist edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest