25 Oktyabr 2024, 09:56
FUTBOL
Mərakeş millisinin sabiq yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında vəfat edib. Matc.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi qəfil ürək tutmasından dünyasını dəyişib.
Barrada Mərakeş millisinin heyətində 26 oyun keçirib, 4 qol vurub.
O, klub səviyyəsində daha çox “Xetafe” və “Marsel”dəki çıxışları ilə tanınır.