25 Oktyabr 2024, 10:11
FUTBOL
Danimarka millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, Danimarka Futbol Assosiasiyası bu posta Brayan Rimerin təyinatını açıqlayıb.
46 yaşlı mütəxəssislə müqavilə 2026-cı ildə keçiriləcək dünya çempionatının sonuna qədər nəzərdə tutulub. O, bu postda AVRO-2024-dən sonra Kasper Yulmannın gedişindən sonra müvəqqəti baş məşqçi vəzifəsində çalışan Lars Knudseni əvəz edib.
Qeyd edək ki, Brayan Rimer 2022-2024-cü illərdə “Anderlext”i çalışdırıb.