MLS-in mətbuat xidməti müntəzəm mövsümün yekunlarına görə ən dəyərli futbolçu adına yekun namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, finala 5 nəfər qalıb.

Mükafat uğrunda iddiaçılar Lionel Messi, Luis Suares (hər ikisi “İnter Mayami”), Kristian Benteke (“Di Si Yunayted”), Kuço Ernandes (“Kolumbus Kryu”) və Evanderdi (“Portland Timbers”).

Müntəzəm mövsümdə ən yaxşı məşqçi adına namizədlər isə Xerardo Martino (“İnter Mayami”), Kris Armas (“Kolorado Rapids”) və Vilfrid Nensdi (“Kolumbus Kryu”).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest