25 Oktyabr 2024, 15:44
FUTBOL
“Bayer” klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Leverkuzen təmsilçisinin futbolçsu Amin Adli sıradan çıxıb.
24 yaşlı forvard Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda "Brest"lə görüşdə zədələnib. Tibbi müayinədən keçən Amində fibula sümüyünün qırığı aşkarlanıb.
Bu isə o deməkdi ki, Adli əməliyyat edilməlidi. Həkimlər onun 2025-ci ilin yanvarınadək yaşıl meydanlardan kənarda qalacağını bildiriblər.