25 Oktyabr 2024, 19:46
FUTBOL
İtaliya A Seriyasının 9-cu turunun "Bolonya" – "Milan" oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Matc.az xəbər verir ki, qarşılaşma oktyabrın 26-da baş tutmalı idi. Oyunun yeni tarixi və vaxtı daha sonra açıqlanacaq.
Qeyd edək ki, çempionatın səkkiz turundan sonra "Milan" 14 xal toplayıb və turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. "Bolonya" isə 9 xalla 12-ci yerdədir.