"Real" "Əl-Nəsr"ın 30 yaşlı mərkəz müdafiəçisi Emerik Laportla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Madrid klubu Laportun heyətini gücləndirəcəyinə inanır. Müdafiəçinin İspaniya vətəndaşlığı da olduğu üçün komandanın ərizəsində Avropa İttifaqı pasportu olmayan futbolçunun yerini tutmayacaq.

Bundan başqa, Laportun özü də Səudiyyə Ərəbistanını tərk etməkdə maraqlıdır.

Qeyd edək k, bu mövsüm müdafiəçi bütün turnirlərdə 11 matçda iştirak edib və iki qol vurub.

Emerik Laportun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest