Avropanın məşhur "FourFourTwo" nəşri keçmiş hücumçusu Lionel Messinin başçılıq etdiyi "Barselona" tarixinin 50 ən yaxşı futbolçusunun reytinqini tərtib edib.
Matc.az xəbər verir ki, reytinqdə ikinci sırada sabiq yarımmüdafiəçi Andres İnyesta gəlir. Xavi isə Kataloniya klubunun tarixində üçüncü ən yaxşı oyunçudur.
Barselona tarixinin ən yaxşı 10 futbolçusu:
1. Lionel Messi
2. Andres İnyesta
3. Xavi
4. Yohan Kroyff
5. Ronaldinyo
6. Dieqo Maradona
7. Serxio Buskets
8. Ronaldo
9. Karles Puyol
10. Ronald Kuman
Qeyd edək ki, Messi 2000-ci ildən 2021-ci ilə kimi "Barselona"da olub. Bu müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 778 matçda iştirak edib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.