Oyundan sonra təşkil edilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.
Misli Premyer Liqasının 11-ci turunda baş tutan Qərb derbisində "Kəpəz" "Turan Tovuz"a 2:1 hesabı ilə uduzub.
Matc.az xəbər veririk, oyundan sonra təşkil edilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb:
"Maraqlı oyun oldu. Sonda bəzi nüanslar çatmadı. Uşaqlar yaxşı oyun keçirdilər. Mənim üçün bəzi sürprizlər də oldu. Digər nüansları özünüz dəyərləndirərsiz. Olmayan cərimə zərbələrini təyin edirsə, sonluğun gərgin olması anlaşılandır. Hakimlərə təşəkkür edirəm. Biz məşqçilərin işlərini hakimlər kölgəyə salırlar. Öz işlərində olsunlar. Mən hər şeyi onların insafına buraxıram. Ən adil hakim Allahdır".