Oyundan sonra təşkil edilən mətbuat konfransında Tovuz klubunun baş məşqçisi Kurban Berdıyev qarşılaşmanı şərh edib.
Misli Premyer Liqasının 11-ci turunda baş tutan Qərb derbisində "Kəpəz" "Turan Tovuz" doğma meydanda "Kəpəz"ə 1:2 hesabı ilə qalib gəlib.
Matc.az xəbər veririk, oyundan sonra təşkil edilən mətbuat konfransında Tovuz klubunun baş məşqçisi Kurban Berdıyev qarşılaşmanı şərh edib:
"Başlanğıcı çıxsaq, ən zəif oyunlarımızdan birini keçirdik. Şükürlər olsun ki, qələbə qazandıq. Uşaqların özlərinə də dedim. Belə davam edə bilməz. Arxayınlıq yox idi. Futbolçulara bildirmişdim ki, "Kəpəz" turnir cədvəlində layiq olduğu yerdə deyil. Bu gün bəxtimiz gətirdi.
Təcrübəli mütəxəssis Xəyal Nəcəfovun milliyə çağırılandan sonra əsas heyətdə oynamaması ilə bağlı sualı cavablandırıb:
"Bəli, Xəyal yığmadan funksional olaraq yaxşı qayıtmayıb. Onun həm də müəyyən ailə problemləri var. Biz də çalışırıq ki, ona dəstək olaq".