26 Oktyabr 2024, 09:47
FUTBOL
Fransanın PSJ klubu məhkəmənin qərarına baxmayaraq, sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməkdən imtina edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.
Oktyabrın 25-də Peşəkar Futbol Liqasının (LFP) Apellyasiya Komitəsi Mbappe və PSJ arasında yaranmış maliyyə mübahisəsi ilə bağlı futbolçunun xeyrinə qərar çıxarıb. Buna baxmayaraq, Fransa klubu Mbappenin 55 milyon avro ödəməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Mbappe 1 iyun 2024-cü ildə azad agent kimi "Real"a keçib.