26 Oktyabr 2024, 10:01
FUTBOL
MLS-in 1/8 final mərhələsinin ilk oyununda "İnter Mayami" "Atlanta Yunayted" ilə qarşılaşıb.
Matc.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Oyunun ikinci dəqiqəsində hesabı "İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares ispan müdafiəçi Jordi Albanın ötürməsi ilə açıb. 39-cu dəqiqədə qonaqların gürcüstanlı yarımmüdafiəçisi Saba Lobjanidze cavab qolunu vurub. 60-cı dəqiqədə isə argentinalı hücumçu Lionel Messinin ötürməsi ilə Jordi Alba "İnter Mayami"nin qələbə qolunu vurub.