Klubların UEFA klubların yeni reytinqi açıqlanıb.

Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın mövqeyi dəyişib.

Evdə "Ayaks"a 0:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bir pillə geriləyərək "Ferentsvaroş"la birlikdə 58-ci sırada qərarlaşıb. Hər iki komandanın hesabında 32,000 xal var.

Avropa Liqası Liqa mərhələsinin IV turunda "Qarabağ"ı qəbul edəcək "Bodo Qlimt" təmsilçimizi keçib. Norveç klubunun aktivində 33,000 xal var.

Xatırladaq ki, "Bodo Qlimt" – "Qarabağ" matçı 7 noyabr, saat 21:45-də baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest