29 Oktyabr 2024, 10:25
FUTBOL
U-21 Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışı keçəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
U-21 hazırlıq çərçivəsində noyabrın 16-da və 19-da Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Oyunların yeri və başlama saatı barədə məlumat veriləcək.