Kloze futbolçusundan razılıq edərək, onun bir müddətdən sonra daha inamlı təsir bağışlayacağına inandığını vurğulayıb.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze növbəti dəfə millimizin üzvü Mahir Emreli haqda danışıb. Matc.az xəbər verir ki, o, həmyerlimizin performansında irəliləyiş olduğunu qeyd edib.
Kloze futbolçusundan razılıq edərək, onun bir müddətdən sonra daha inamlı təsir bağışlayacağına inandığını vurğulayıb: “Bəzən elə düşünürəm ki, Mahir Emreli ilə Stefanos Tsimas hələ bir-birlərinə tam uyğunlaşmayıblar. Mahirdən bir az da hərəkətli olmağını tələb edirəm. Çünki hərəkətdə olanda onun nə qədər dinamik ola biləcəyinin şahidi oluruq. İnanıram ki, bir müddət sonra Mahir daha yaxşı performans göstərəcək”.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq"ə bu yay keçib. O, II Bundesliqa klubunun heyətində son 2 görüşdə qolla yadda qalıb.