La Liqanın prezidenti Xavyer Tebas "Real"ın "Qızıl top" mərasiminə öz nümayəndələrini göndərməmək qərarını tənqid edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

"Mən "Real" azarkeşiyəm. Bu klubun ən mühüm dəyərləri alicənab olmaq və uduzduqda əl sıxmaqdır. Məncə, "Real" bu ruhu çoxdan itirib. Onlar mərasimə getməliydilər və 100 jurnalistin səs verdiyi "France Football"un şəffaf sistemini sorğulamamalı idilər".

Qeyd edək ki, "Kral Klubu"nun bu qərarı mükafatı "Real" hücumçusu Vinisius Juniorun deyil, "Mançester Siti"nin futbolçusu Rodrinin alacağı ilə bağlı ortaya çıxan məlumatın səbəb olduğu bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest