Almaniyanın "Nürnberq" klubunun formasını geyinən Azərbaycan millisinin hücumçusu Mahir Emreli növbəti qolunu vurub.
Matc.az xəbər verir ki, II Bundesliqa təmsilçisi Almaniya kubokunun 1/16 finalının cavab oyununda "Hofffenhaym"la qarşılaşıb.
Görüşdə hesabı 27-ci dəqiqədə Tabakoviç açıb. Start heyətdə meydana çıxan Mahir matçın 48-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib. 71-ci dəqiqədə Çaves qarşılaşmada yenkun hesabı müəyyənləşdirən qolu vurub - 2:1.
İlk matçda 1:0 hesabı ilə məğlub olan "Nürnberq", iki oyunun nəticəsinə əsasən kubokda mübarizəni dayandırıb.
Qeyd edək ki, oyunun 81-ci dəqiqəsində əvəzlənən Mahir "Nürnberq"də ardıcıl 3-cü oyununda qol vurub. O, II Bundesliqanın 9-cu və 10-cu turunda da fərülənə bilib.