Albaniya çempionatında XI turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatia” növbəti görüşünə çıxıb.

Komanda “Laçi”nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev meydana start heyətində çıxıb və 46-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Eqnatia” hazırda 16 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest