“Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane komandasını tərk etməyə hazırlaşır. Matc.az xəbər verir ki, Almaniya millisinin üzvünün azad agent kimi başqa kluba keçidi gözlənilir.

Münhenlilərlə müqaviləsi mövsümün sonuna qədər olan Sane İngiltərəyə köçməyə yaxın görünür. Çünki Premyer Liqa klubları onun xidmətində maraqlıdı. Xüsusən də, “Arsenal” ulduz futbolçunu heyətinə qatmağa çalışır.

28 yaşlı vinger cari mövsümdə “Bavariya”nın heyətində 8 oyunda 3 qol vurub. O, vaxtilə İngiltərədə “Mançester Siti”nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest