Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı hakimi adına namizədləri açıqlayıb. Matc.az xəbər verir ki, siyahıya 20 referi salınıb.
Namizədlər bunlardı: Fransua Leteksye, Klemen Turpin (hər ikisi Fransa), Feliks Zvayer (Almaniya), Slavko Vinçiç (Sloveniya), Daniele Orsato (İtaliya), Maykl Oluver, Entoni Teylor (hər ikisi İngiltərə), Şimon Marçinyak (Polşa), İştvan Kovaç (Rumıniya), Rafael Klaus, Vilton Sampayo (hər ikisi Braziliya),Dario Errera, Fakundo Telyo (hər ikisi Argentina), Andres Matonte (Urugvay), Sezar Arturo Ramos (Meksika), İvan Barton (Salvador), Dahane Beida (Mavritaniya), Mustafa Qorbal (Əlcəzair), Ma Ninq (Çin), Ben Aukvay (Solomon adaları).
Qeyd edək ki, mükafatların sahibləri İFFHS-in ölkələr üzrə nümayəndələri arasında keçiriləcək səsvermə ilə müəyyənləşəcək.