Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanovun legioner həyatı qısa çəkib. Matc.az xəbər verir ki, 31 yaşlı hücumçu Albaniyada çox qalmayıb.

Belə ki, o, “Bilis” klubu ilə yollarını ayırıb. Maraqlıdı ki, Yunanov adıçəkilən klubla hələ ötən ay 1 illik müqavilə bağlamışdı. Lakin cəmi 1 ay sonra forvard komandadan ayrılıb.

Qeyd edək ki, Amil Yunanov ötən mövsüm “Səbail”də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest