Françesko Totti futbolçu karyerasını bərpa edə bilər. Matc.az xəbər verir ki, “Roma” əfsanəsinə futbola qayıtmaq təklif olunub.

Bütün karyerasını “Roma”ya həsr edən və 2017-ci ildə karyerasını başa vuran 48 yaşlı sabiq futbolçunun böyük futbola dönmək imkanı yaranıb. Bunu o özü açıqlayıb: “Bu, zarafat deyil. Mən kifayət qədər ciddiyəm. Görək orqanizm necə reaksiya verəcək”.

Totti ilə təmasa keçən klublardan biri bu mövsümdən A Seriyasında çıxış edən “Komo” olub. Hücummeyilli yarımmüdafiəçi və “Roma”nın keçmiş kapitanına mövsümün sonuna qədər müqavilə təklif olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest