31 Oktyabr 2024, 17:07
FUTBOL
"Məğlub olsaq da, komandamızla fəxr edirəm".
Almaniyanın “Nürnberq” klubunda çıxış edən Mahir Emreli instaqram səhifəsində paylaşım edib. Matc.az xəbər verir ki, həmyerlimiz Almaniya Kubokunun 1/16 finalında “Hoffenyam”a qol vurduğu oyun (1:2) barədə fikirlərini bölüşüb.
27 yaşlı hücumçu bunları qeyd edib: “Dünənki oyun barədə çox danışa bilərik. Amma bu, bizi irəli aparmır. Məğlub olsaq da, komandamızla fəxr edirəm. Final fitinədək bütün gücümüzü meydanda qoyduq. Növbəti matçlarda uğur qazanmaq üçün səylə çalışacağıq. Bizə fantastik dəstək olan azarkeşlərə təşəkkür edirik”.
Qeyd edək ki, dünən fərqlənən Emreli bununla “Nürnberq”də vurduğu qolların sayını 3-ə çatdırıb.