31 Oktyabr 2024, 18:31
FUTBOL
İspaniya La Liqasının XII turunda keçirilməsi planlaşdırılan "Valensiya" – "Real" oyunu təxirə salınıb.
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 3-də keçirilməli olan qarşılaşmanın hansı tarixdə baş tutacağı hələlik bəlli deyil.
Qeyd edək ki, "Valensiya"nın daha əvvəl İspaniya Kubokunda "Parla Eskuela" ilə matçı qasırğa səbəbindən ertələnib.