Tezliklə "Mançester Yunayted"ə rəhbərlik edəcək "Sportinq"in baş məşqçisi Ruben Amorim gələcəyi ilə bağlı klublar arasında aparılan danışıqlardan danışıb.

Matc.az xəbər verir ki, o, Mançester klubuna keçidi ilə bağlı məsələyə sabah aydınlıq gələcəyini açıqlayıb.

"Bunlar iki klub arasında gedən danışıqlardır. Bu cür danışıqlar həmişə çətin keçir. Onlar hər şeyi müzakirə etməlidirlər. Oyundan sonra (cümə günü, "Sportinq" – "Estrela") sonra hər şey aydın olacaq. Deməli, daha bir gün qalıb və qərar sabahkı oyundan sonra məlum olacaq.

İngiltərə çempionatında nə xoşuma gəlir? Hər şey".

Qeyd edək ki, "Mançester Yunayted" Lissabon klubuna 11 milyon avro ödəyəcəyi bildirilir. Transfer üçün təxminən 10 milyon avro və Portuqaliya nəhəngi ilə uzunmüddətli müqaviləyə xitam verildiyi üçün isə 1 milyon avrodan bir qədər çox.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest