"Barselona" rəhbərliyi maliyyə çətinlikləri səbəbindən klubun bu mövsümün ikinci hissəsi üçün yarımmüdafiəçi Daniel Olmonu yanvarda qeydiyyatdan keçirə bilməyəcəyindən ehtiyat edir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sport.es" paylaşıb.

Bildirilir ki, Kataloniya klubunun "Nike" ilə sponsorluq müqaviləsindən gələcək pulu gözləniləndən gec alacaq olması vəziyyəti gərginləşdirir.

Bundan əlavə, "Barselona" müdafiəçisi Andreas Kristensen bu ay zədəsini sağaldacaq və klubun onu da qeydiyyatdan keçirmək problemi ilə qarşılaşacağı gözlənilir.

Hazırda Kataloniya klubunun adı keçən iki futbolçudan yalnız birini qeydiyyatdan keçirmək imkanının olduğu vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest