05 Noyabr 2024, 10:17
FUTBOL
Türkiyənin "Amedspor" klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisini Servet Çetin çalışdıracaq. Diyarbakır təmsilçisi ilə 43 yaşlı mütəxəssis arasında 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə bağlanıb.
Qeyd edək ki, "Amedspor" bir neçə gün öncə Ersun Yanalla yollarını ayırmışdı.