Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Neymar yenidən zədələnib. Matc.az xəbər verir ki, o, Asiya Çempionlar Liqasının dünən keçirilən “Əl-Hilal” - “İstiqlal” (İran) oyununda sıradan çıxıb.

Ərəblərin 3:0 hesablı qələbəsi ilə bitən qarşılaşmada Neymar 57-ci dəqiqədə meydana daxil olub. 86-cı dəqiqədə zədələnən “sambaçı” oyunu tərk etmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğuna tibbi müayinələrdən sonra tam aydınlıq gələcək. İlkin ehtimala görə, Neymar ən azı ay yarım futbol oynaya bilməyəcək.

Qeyd edək ki, Neymar Braziliya yığmasının heyətində aldığı ağır zədəyə görə 1 ildən artıq müddətdə yaşıl meydandan kənarda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest