05 Noyabr 2024, 11:50
FUTBOL
Buna komandanın 4-cü turda İsveçə məğlub olduğu (0:3) qarşılaşmada azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub.
UEFA millimizin Millətlər Liqasındakı rəqibinə cərimə kəsib. Matc.az xəbər verir ki, qitə futbol qurumu Estoniya Futbol Assosiyasını 10000 avro məbləğində cərimələyib.
Buna komandanın 4-cü turda İsveçə məğlub olduğu (0:3) qarşılaşmada azarkeşlərin irqçiliyə yol verməsi səbəb olub. Assosiasiyaya 1 illik sınaq müddəti də verilib. Bu isə o deməkdi ki, analoji hal təkrarlansa, yığmanın oyununda tribunalar qismən bağlanacaq.
Qeyd edək ki, Estoniya millisi noyabrın 16-da Qəbələ şəhər stadionunda yığmamızın qonağı olacaq.