05 Noyabr 2024, 15:54
FUTBOL
AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə liqalarla bağlı bir sıra qərarlar tətbiq edib. Matc.az xəbər verir ki, ən diqqətçəkəni 2 komandanın texniki məğlubiyyətlə üzləşməsi olub.
AFFA U-13 Liqasında keçirilməli olan “Həkəri” (Qubadlı) – “Sumqayıt City” oyunu birincilərin heyətində yetərsay olmadığından, baş tutmayıb.
AFFA U-10 Liqasında keçirilməli olan “Antiguoko İnternational” – “Sahil” görüşü isə ikincilərin təyin edilən vaxtda meydana çıxmaması ucbatından reallaşmayıb.
Bu səbəbdən “Həkəri” və “Sahil”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.