05 Noyabr 2024, 16:11
FUTBOL
“Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun işsiz günləri tezliklə başa çata bilər. Matc.az xəbər verir ki, ukraynalı mütəxəssisin karyerasını ölkəsində davam etdirmək variantı yaranıb.
Belə ki, LNZ klubu 59 yaşlı mütəxəssisin xidmətində maraqlıdı. Premyer Liqa təmsilçisi hazırkı baş məşqçi Andres Karraskonun işindən məmnun deyil. Onlar ispaniyalının rəhbərliyi altında sərgilənən oyundan narazıdı.
Qeyd edək ki, bu ilin yayında “Neftçi” ilə müqavilə imzalayan Roman Qriqorçuk ötən ayın əvvəlində istefaya göndərilib.