05 Noyabr 2024, 19:10
FUTBOL
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun braziliyalı hücumçusu Neymar ən azı iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xorxe Jesus bildirib.
Braziliyalı Asiya Çempionlar Liqasında İranın "Esteğlal" klubu ilə oyunda (4:0) zədə alıb. Neymar 57-ci dəqiqədə əvəzetmədən meydana çıxıb, lakin matçın sonlarına yaxın sağ ayağında narahatlıq hiss etdiyi üçün meydanı tərk etməli olub.
"Onun əzələ zədəsi var, nə vaxt məşqə qayıdacağını bilmirəm, bu, ən azı iki həftə çəkə bilər", - deyə Jesus açıqlama verib.