"Qarabağ" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bodo Qlimt"lə matç üçün Norveçə yola düşüb.

Matc.a xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Komandanı daşıyan təyyarə yerli vaxtla təxminən saat 21:00-da Budo şəhərinə eniş edəcək.

Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 18:00-da isə komandanın açıq məşq gerçəkləşəcək.

Qeyd edək ki, "Budo Qlimt" – "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək və saat 21:45-də başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest