05 Noyabr 2024, 20:36
FUTBOL
"Barselona" İngiltərə klubu ilə müqaviləsi bu yay başa çatacaq "Liverpul"un 32 yaşlı vingeri Məhəmməd Salahı diqqətlə izləyir.
Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat paylaşıb.
Bildirilir ki, misirli futbolçu dəyişikliyinə hazırdır və "Barselona"nın hazırkı idman layihəsini bəyənir.
Qeyd edək ki, bu mövsüm Salah bütün yarışlarda 15 matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.