2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək klublararası dünya çempionatının reqlamentinin təfərrüatları məlum olub.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Sky Sport" paylaşıb.
Bildirilir ki, turnirdə aşağıdakı qaydalar olacaq:
- Klublar ən güclü heyətlə oynamalıdır;
- İştirak etməkdən imtina edən komanda təxminən 600 min avro cərimə ödəməli olacaq;
- İlkin heyətin sayı – 26-50 oyunçu;
- İştirak ərizəsində heyətin – 26-53 oyunçu;
- Oyunçular turnir ərzində yalnız bir komandada oynaya bilər;
- Komandalar ilk oyunun başlamasına ən azı beş gün qalmış təlim-məşq toplanışına gəlməlidirlər.
Qeyd edək ki, FİFA daha əvvəl yeni "transfer pəncərəsi"nin iyunun 1-dən 10-a kimi fəaliyyət göstərəcəyini açıqlamışdı. Bu "transfer pəncərəsi"nə qoşulma qərarı FİFA-ya üzv olan hər bir assosiasiya tərəfindən veriləcək.