Türkiyə millisinin və "Benfika"nın üzvü Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

Matc.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bununla da o, son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qeyd edək ki, cari mövsümün əvvəli "Qalatasaray"ı "Benfika"ya dəyişən Aktürkoğlu Çempionlar Liqasında da 3 dəfə rəqib komandaların qapılarına yol tapmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest