06 Noyabr 2024, 09:08
FUTBOL
Futzal üzrə Azərbaycan millisi Bosniya və Herseqovina ilə ikinci yoldaşlıq görüşünü keçirib. Matc.az xəbər verir ki, oyun Zeniça şəhərində reallaşıb.
Bir gün əvvəl rəqibinə 0:7 hesabı ilə uduzan Vitali Borisovun yetirmələri yenə meydanı məğlub tərk edib. Bosniyalılar bu dəfə 5:1 hesablı qələbə qazanıblar. Komandamızın təsəlli qolunu 25-ci dəqiqədə Oktay Rüstəmli vurub.
Millimiz matçı bu heyətlə keçirib: 12. Kamran Hacıyev (q), 3. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 9. Emil Həsənzadə, 14. Ülvi Əliyev, 1. Emin Kürdov q, k), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov.